"Neftçi" 5 məşqçisi ilə vidalaşdı

"Neftçi" 5 məşqçisi ilə vidalaşdı
  09 İyun 2020    Oxunub:9473
"Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə klub rəsmi saytında qeyd olunub.

Bildirilib ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.

Azvision.az


Teqlər: Neftçi   Məşqçi  





Xəbər lenti