Piyadanı vurub qaçdı

Piyadanı vurub qaçdı
  27 Dekabr 2013    Oxunub:1469
Qəza törədib hadisə yerindən qaçan naməlum avtomobillərin sürücülərinin məsuliyyətə cəlb olunması üçün əməliyyat-axtarış tədbirləri görülür.
Paytaxtın Nizami rayonunun ərazisində naməlum avtomobillə Bakı şəhər sakini Rüfət Sadıqov vurulub.

R.Sadıqova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsinin ərazisində isə naməlum avtomobil qəsəbə sakini Həsən Hacıyevi vurub.

H.Hacıyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, hadisələrlə bağlı cinayət işi açılıb, naməlum avtomobillərin sürücülərinin tapılaraq məsuliyyətə cəlb olunması üçün əməliyyat-axtarış tədbirləri görülür.


Teqlər:





Xəbər lenti