IDEA-dan əla ideya

IDEA-dan əla ideya
  26 Dekabr 2013    Oxunub:1595
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini reallaşdırır.

İctimai Birlikdən AzVision.az -a bildiriblər ki, adi polietilen paketlərdən fərqli olaraq bioparçalanan paketlər təbiətə atıldığı zaman asanlıqla çürüyür və torpağa qarışır. Plastik və ya polietilen paketlər torpaqda yüz illərlə qaldığı halda, bioloji parçalanan paketlər qısa müddət ərzində torpağa qarışır və ətraf mühitə demək olar ki, heç bir ziyan vermir.

Ekoloji təmiz paketlər Bakı şəhərinin “Bazarstore”, “Grand”, “Neptun”, Premium” və “Kontinental” kimi iri marketlərinə və alış-veriş mərkəzlərinə paylanmışdır. Alıcılar bu paketləri adı çəkilən alış-veriş mərkəzlərinin kassalarından soruşa bilərlər.


Teqlər:





Xəbər lenti