Rüstəm İbrahimbəyov xəstəxanaya düşüb

Rüstəm İbrahimbəyov xəstəxanaya düşüb
  13 Mart 2013    Oxunub:2946
Hazırda Fransada olan dramaturq Rüstəm İbrahimbəyov son bir sutkanı Marsel şəhərindəki xəstəxanalardan birində keçirib.
Burada keçirilən beynəlxalq festivalın münsiflər heyətinin sədri olan İbrahimbəyov 12 martda özünü qəfildən pis hiss edib. Onun böyrəyindəki daşlar hərəkətə gəlib və bu səbəbdən də Marseldəki klinikalardan birinə aparıblar.
Ertəsi gün gündüz o, xəstəxanadan buraxılıb və sədr kimi öz fəaliyyətini davam etdirib: “Lakin həkimlər daşın hərəkətini izləmək üçün onu bir neçə gün nəzarətdə saxlayacaqlar”, - deyə minval.az saytı yazır.


Teqlər:  





Xəbər lenti