Moskvada iki azərbaycanlı güllələndi

Moskvada iki azərbaycanlı güllələndi
  24 Dekabr 2013    Oxunub:972
Moskvada avtomobildə güllələnən sürücü və sərnişin Azərbaycan əsillidir.
Bunu RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Mənbə bildirib ki, atəşə məruz qalmış azərbaycanılılar qardaşdırlar və Moskvada "qara inkassatorlar" qismində işləyiblər.

Mənbənin sözlərinə görə, bu gün cinayətkarlar iki xarici markalı avomobildə azərbaycanlıların olduğu maşının qarşısını kəsərək atəş açıblar.

Nəticədə bir nəfər ölüb, digəri isə yaralanıb. Cinayətkarlar avtomobillərdən birini qoyaraq digərinə minərək hadisə yerindən uzaqlaşıblar. Aparılan tədbirlər nəticəsində onların olduğu ikinci avtomobil də tərk edilmiş vəziyyətdə tapılıb. Məlumata görə, azərbaycanlıların olduğu avtomobildən əmlak oğurlanıb.(Trend)


Teqlər:  





Xəbər lenti