Kür çayı donub

Kür çayı donub
  23 Dekabr 2013    Oxunub:1413
Kür çayının Türkiyənin Ardahan bölgəsindən keçən hissəsi donub.
AzVision.az APA TV- yə istinadən xəbər verir ki, bu ərazinin 189 km hissəsindən keçən Kür çayının donmasına səbəb Sibir ərazisindən gələn sərt şaxtalı havadır. Xüsusilə gecələr şaxtanın - 23 dərəcəyə qədər düşməsi səbəbindən çayın səthi buz tutub.

Hazırda buzun üstü uşaqlar üçün oyun sahəsi, gənc və yaşlı insanlar üçün isə gəzinti parkı olub.

Kür çayının uzunluğu 1515 km-dir. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək, Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür.


Teqlər:  





Xəbər lenti