Azərbaycanlı milyonçunun bağında bir gün... - FOTOREPORTAJ

Azərbaycanlı milyonçunun bağında bir gün... -  FOTOREPORTAJ
  05 Avqust 2019    Oxunub:31568
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olub. 1870 ci ildə Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərin birində fəhlə kimi işə başlayan Muxtarov öz bacarığı sayəsində sahibkara çevrilib və özünün şəxsi qazma kontorunu açıb (1890).
O, 1895-ci ildə metal ştanqlarla zərbə qazma dəzgahını qurub və bu dəzgaha “Bakı qazma” sistemi adı verib. Sonradan dəzgaha dövlət patenti də alıb. Bundan başqa, Murtuza Muxtarov taxta yonan dəzgah icad edib ki, hazırda həmin dəzgah Sankt-Peterburuq şəhərində “Dağ-mədən” İnstitutunda saxlanılır.



Muxtarov Vladiqafqazda və Əmircan kəndində məscid (1910), Pirallahı yaxınlığında Mayak, habelə məktəb binası inşa etdirib. O, xanımı Liza ilə Avropaya səyahət etdiyi dövrdə İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturasına valeh olub və onlara oxşar sarayı bu bağda bir il ərzində tikdirib. (1911-1912). 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçib, sonradan müxtəlif təşkilatların tərkibində olub.



Bağ 1924-1926-cı illərdə Ümumittifaq Tədbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926-1936 -cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936-1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945-1964 -cü illərdə E.T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası olub və 1964-1966- cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərib. 1966-1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olub. 1996-cı ildən AMEA-nın Rəyasət Heyyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilib, ona hüquqi status verilib.



2014-cü ildən AMEA-nın Rəyasət Heyyətinin qərarı ilə Dendrologiya İnstitutu adına layiq görülüb. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir.



Son illər ərzində bağda yenidənqurma, tikinti işləri aparılıb, oraya dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilib, bioekoloji xüsiyyətləri öyrənilib və kolleksiyalara daxil edilib. Buradakı bitki kolleksiyaları özünəməxsus landşaft ansanbılı olub, park dizaynın ən yaxşı numunələrindən istifadə edilərək şərq və qərb memarlığı ənənələri ilə tərtib edilib.

Azvision.az vaxtilə Murtuza Muxtarovun şəxsi bağı olmuş Mərdəkan Dendrarisindən hazırladığı fotoreportajı təqdim edir:













































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Mərdəkan   Denrari   Bağ   Milyonçu  





Xəbər lenti