Manatla krediti olanların nəzərinə: “Bu vəsaitlər əhaliyə veriləcək”

 Manatla krediti olanların nəzərinə:  “Bu vəsaitlər əhaliyə veriləcək”
  01 Avqust 2019    Oxunub:22210
"De-dollarlaşma, deməli bizim o böhran dövründə dollarlaşma baş verdi. Bu gün biz görürük ki, dollarlaşma aşağı düşməyə başlayıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə, kreditlərin dollarlaşması müvafiq olaraq 52 faizdən 35 faizə qədər aşağı düşüb".
Azvision.az xəbər verir ki, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, kredit aktivliyi davam edir və cari ilin altı ayında kreditlər 3,6 faiz artıb.

"Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər - 0,3 faiz azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər. Bu gün bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditlər artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin".

E.Rüstəmov qeyd edib ki, əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin Prezidentin Fərmanı və təşəbbüsü ilə kompensasiya olunması prosesi tam başa çatıb, bu vəsaitlər əhaliyə ödənilib.

"Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıbdır. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik",- deyə baş bankir vurğulayıb.

Azvision.az


Teqlər: Manat   Dollar   MərkəziBank  





Xəbər lenti