Leyla Əliyevanın təşəbbüsü ilə ictimai çimərliklər yaradılır - FOTOLAR
İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazisındə, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Gömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 ha sahədə yaradılıb. Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinələri, 2 yerdə duş, 2 yerdə ikikabinəli sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.
Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.
Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.
“Şıx” ərazisində fəaliyyətə başlayan və digər ərazilərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.
Azvision.az
Teqlər: Leyla-Əliyeva İDEA İctimai Çimərlik