ASCO-da “Təhlükəsizlik Günü” keçirilib

ASCO-da “Təhlükəsizlik Günü” keçirilib
  31 İyul 2019    Oxunub:1369
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Təhlükəsizlik Günü” keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə 2019-cu ilin ikinci rübü ərzində ASCO-da qeydə alınmış və yan ötmüş hadisələr, daxili audit və monitorinqlər barədə danışılıb.

Bununla yanaşı, donanmalar və idarələrdə 2019-ci ilin ötən dövrü üzrə KSƏTƏMM statistikası, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Tədbirdə ötən rüb ərzində dünya gəmiçiliyində baş verən qəzalara da nəzər salınıb, onların səbəblərindən bəhs olunub.

Toplantıda Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Ələkbər Əzizli geniş məruzə ilə çıxış edib. O, cari ilin ikinci rübündə görülən işlər və qarşıdakı hədəflər barədə ətraflı məlumat verib.

Departament rəhbəri ASCO-da təhlükəsizliklə bağlı keçirilən təlimlər və onların əhəmiyyəti haqqında da danışıb. Bildirib ki, maarifləndirmə hesabına hadisələrin sayında azalma qeydə alınıb. O, müsbət nəticənin əldə olunmasında hadisələrin araşdırılması və təhlilinin də mühüm rol oynadığını xüsusi diqqətə çatdırıb.

“Təhlükəsizlik Günü”ndə II rüb ərzində əmək fəaliyyəti zamanı bütün təhlükəsizlik qaydalarına əməl edən ASCO-nun müxtəlif strukturlarında çalışan əməkdaşlara xüsusi hədiyyələr verilib.

Azvision.az



Teqlər: ASCO  





Xəbər lenti