2018-ci ilin dövlət büdcəsi ilə bağlı qanun imzalanıb
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilib:
Sıra №-si Göstəricilər Məbləğ(manatla)
1. Gəlirlər 22 508 869 670
1.1. Fiziki şəxslərin gəlir vergisi 995 928 541
1.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 499 648 224
1.3. Hüquqi şəxslərin torpaq vergisi 50 597 523
1.4. Hüquqi şəxslərin əmlak vergisi 182 229 488
1.5. Əlavə dəyər vergisi 4 287 565 750
1.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 2 340 793 454
1.6. Sadələşdirilmiş vergi 448 139 049
1.7. Aksizlər 728 588 056
1.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 169 955 907
1.8. Yol vergisi 113 527 167
1.8.1. Azərbaycan Respulikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 40 161 737
1.9. Mədən vergisi 137 378 540
1.10. Gömrük rüsumları 883 141 676
1.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 177 519 465
1.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 69 777 139
1.12.1. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna daxilolmalar (Serbiya Respublikasına verilmiş kredit üzrə) 67 577 319
1.13. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 1 831 000
1.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfert) 10 959 000 000
1.15. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 9 866 905
1.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 5 363 342
1.17. Dövlət rüsumu 134 828 357
1.18. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 455 289 235
1.19. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 205 071 064
1.20. Sair daxilolmalar 163 579 149
1.20.1. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna daxilolmalar (təkrar borc sazişləri, yerləşdirilmiş vəsaitə hesablanmış faiz, dövlət zəmanətinin verilməsi) 21 939 583
2. Xərclər 22 731 644 518
2.1. Ümumi dövlət xidmətləri 3 526 047 527
2.1.1. qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri 627 422 740
2.1.2. beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 191 138 056
2.1.3. elm xərcləri 117 793 924
2.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 67 029 834
2.1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2 235 577 523
2.1.6. yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya 5 185 450
2.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 281 900 000
2.2. Müdafiə 2 842 681 870
2.2.1. müdafiə qüvvələri 1 305 292 968
2.2.2. milli təhlükəsizlik 151 621 669
2.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2 613 066
2.2.4. digər kateqoriyalara aid edilməyən xərclər 1 383 154 167
2.3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 1 316 354 925
2.3.1. məhkəmə hakimiyyəti 53 734 746
2.3.2. hüquq-mühafizə 1 025 274 616
2.3.3. prokurorluq 58 254 733
2.3.4 digər kateqoriyalara aid edilməyən xidmətlər 179 090 830
2.4. Təhsil 1 966 604 182
2.4.1. məktəbəqədər təhsil 169 524 239
2.4.2. ümumi təhsil 1 076 750 311
2.4.3. ilk peşə-ixtisas təhsili 24 542 003
2.4.4. orta ixtisas təhsili 35 801 090
2.4.5. ali təhsil 200 572 339
2.4.6. əlavə təhsil 2 644 231
2.4.7. təhsil sahəsində digər müəssisə və tədbirlər 456 769 969
2.5. Səhiyyə 709 864 775
2.5.1. poliklinikalar və ambulatoriyalar 103 147 184
2.5.2. xəstəxanalar 331 471 340
2.5.3. səhiyyə sahəsində digər xidmətlər 6 338 225
2.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 4 584 033
2.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 264 323 993
2.6. Sosial müdafiə və sosial təminat 2 150 738 856
2.6.1. sosial müdafiə xərcləri 2 119 600 265
2.6.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 300 000 000
2.6.2. sosial təminat xərcləri 31 121 522
2.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar 17 069
2.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 299 476 107
2.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 125 093 892
2.7.2. radio, televiziya və nəşriyyat 58 279 103
2.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 72 272 858
2.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 43 830 254
2.8. Mənzil və kommunal təsərrüfatı 451 536 457
2.8.1. mənzil təsərrüfatı 89 321 628
2.8.2. kommunal təsərrüfatı 312 768 110
2.8.3. su təsərrüfatı 31 575 933
2.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 17 870 786
2.9. Yanacaq və enerji 18 007 572
2.9.1. enerji kompleksi 16 985 972
2.9.2. yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar 1 021 600
2.10. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 742 219 712
2.10.1. kənd təsərrüfatı 703 382 396
2.10.2. meşə təsərrüfatı 12 641 919
2.10.3. balıqçılıq və ovçuluq 2 607 070
2.10.4. ətraf mühitin mühafizəsi 16 345 250
2.10.5. hidrometeorologiya tədbirləri 7 243 077
2.11. Sənaye, tikinti və faydalı qazıntılar 5 087 186 695
2.11.1. tikinti 5 070 516 409
2.11.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 5 059 232 809
2.11.2. faydalı qazıntılar 12 670 286
2.11.3. geodeziya və xəritəçəkmə 4 000 000
2.12. Nəqliyyat və rabitə 166 536 278
2.12.1. nəqliyyat 110 032 278
2.12.2. rabitə 56 504 000
2.13. İqtisadi fəaliyyət 1 357 335 398
2.13.1. iqtisadi və kommersiya fəaliyyəti 191 217 698
2.13.1.1. sahibkarlığa dəstək 41 217 698
2.13.1.2. Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri 150 000 000
2.13.2. iqtisadi fəaliyyətin digər sahələri 1 166 117 700
2.14. Əsas bölmələrə aid edilməyən xidmətlər 2 092 397 534
2.14.1. məqsədli büdcə fondları 372 000 000
2.14.1.1. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 372 000 000
2.14.2. ehtiyat fondları 765 278 769
2.14.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 301 053 774
2.14.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 464 224 995
2.14.3. əsas bölmələrə aid edilməyən sair xərclər 955 118 765
2.14.3.1. beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər 16 820 452
2.14.3.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 19 999 999
2.14.3.3. digər xidmətlər üzrə xərclər 918 298 314
2.15. 2018-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği 4 656 630
3. Büdcə kəsiri 222 774 848
4. 2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilməlidir.
Azvision.az
Teqlər: Dövlətbüdcəsi Qanun Prezident