Parlamentin plenar iclasının gündəliyi dəyişib

   Parlamentin plenar iclasının gündəliyi dəyişib
  09 İyul 2019    Oxunub:1612
Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyi dəyişib.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, gündəliyə 38 məsələ daxil idi, bunlardan 3-ü çıxarılıb, iyulun 12-də keçirələcək plenar iclasda müzakirə olunacaq:

“Bunlar "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" qanunlarına, Mülki Məcəlləyə (hamısı bir paketdir), "Bank olmayan kredit təşkilatları haqqında" qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MilliMəclis   İclas   Gündəlik  





Xəbər lenti