Bu günə olan hava proqnozu
Şimal və cənub çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azvision.az