Vilayət Eyvazov yeni inzibati binanın açılışında

Vilayət Eyvazov yeni inzibati binanın açılışında
  08 İyul 2019    Oxunub:7734
Xaçmaz şəhərində Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib. Məlumat verilib ki, tikintisinə ötən ilin oktyabrında başlanılmış 4 mərtəbəli inzibati bina ən müasir standartlara uyğun inşa edilib, bütün zəruri avadanlıq, kommunikaslyalar və texniki qurğularla, mebel və inventarla təmin olunub.

Binada vetilyasiya, mərkəzi istilik sistemi, qazanxana və rabitə-komunikasiya xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb, şöbənin həyətində polis əməkdaşları üçün yeni yeməkxana tikilərək istifadəyə verilib. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

General-polkovnik Vilayət Eyvazov və tədbirdə iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev növbətçi hissəyə, xidməti otaqlara və digər yardımçı sahələrə baxıblar, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar. DİN rəhbəri görülən işləri yüksək qiymətləndirib, Xaçmaz polisinin fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarkıqla qətiyyətli mübarizədə, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan hüquq və azadlıqlarının təminində müstəsna rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunmuşdur, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır.

Daxili İşlər naziri əmin olduğunu bildirib ki, Xaçmaz RPŞ-nin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcəkdir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti