Spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb

Spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb
  03 İyul 2019    Oxunub:1356
Gömrükçülər spirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə Azərbaycana məxsus aksiz markası ilə markalanmayan spirtli içkilərin və tütün məmulatlarının realizə ediləcəyi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Mətbuat prospektində həyata keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı idarə etdiyi "Daewoo Nexia" markalı minik avtomobilinin baqaj və salonuna yerləşdirilmiş 5 ədəd karton qutuda və 4 ədəd sellofan torbada olan spirtli içkiləri və tütün məmulatlarını şərti alıcıya satmaq istəyərkən saxlanılıb. Baxış zamanı 5 ədəd karton qutular və 4 ədəd sellofan torbaların içərisindən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış, hər biri 1 litr həcmində olmaqla, cəmi 149 ədəd üzərində "Nemirovskaya Osobaya Classic" yazıları olan spirtli içki və 1000 ədəd "Marlboro touch" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Gömrük   Komitə   İçki   DGK  





Xəbər lenti