Ağır qəzaya düşən Hacı Mazanın vəziyyəti necədir?

   Ağır qəzaya düşən Hacı Mazanın vəziyyəti necədir?
  03 İyul 2019    Oxunub:4025
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunan Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun vəziyyəti stabildir.

Bu barədə Azvision.az -a Universitetin mətbuat katibi Günel Aslanova məlumat verib. O bildirib ki, R.Zeynalov hazırda reanimasiyadadır.


Qeyd edək ki, Hacı Mazan ötən gün Neftçalada ağır yol qəzasına düşüb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilsə də, sonradan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirilərək burada cərrahi əməliyyat olunub.

Aytən Zəhra
Azvision.az




Teqlər: Hacı-Mazan  





Xəbər lenti