Heyvanların identifikasiyası ilə bağlı detallar açıqlanıb

  13 İyun 2019    Oxunub : 502
Heyvanların identifikasiyası ilə bağlı detallar açıqlanıb
"Yaxın 7 ildə Azərbaycanda heyvanların identifikasiyası proqramı həyata keçiriləcək"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Proqramın detallarından söz açan AQTA rəhbəri bildirib: "Proqramın həyata keçirilməsi nəticəsində həmin heyvanların respublika ərazisinə idxalı, həmçinin doğulma anından ölümünə qədər keçirdiyi xəstəliklər, aldığı dərman peraparatları, vaksinləri və.s izləmək mümkün olacaq. Bu da bizə ölkə ərazisində heyvanların sağıamlığını təmin etməyə əsas verəcək. Heyvan sağlamlığı təmin olunduqdan sonra Azərbaycanın heyvan mənşəli məhsullarının dünya bazarına çıxarılması imkanları artacaq".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: AQTA