“Avropanın təcrübəsini tətbiq etməkdə maraqlıyıq” - Nazir
Nazir bildirib ki, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin Brüsseldə keçirilən son zirvə görüşü zamanı Trans - Avropa nəqliyyat şəbəkələrinin Şərq Tərəfdaşlığı ölkələrinə 2030-cu ilədək uzadılması ilə əlaqədar uzunmüddətli investisiya proqramı qəbul olunub: "Hesab edirəm ki, bu plan üzrə müəyyən edilmiş layihələrin həyata keçirlilməsi daha geniş iqtisadi imkanlara çıxışa şərait yaratmaqla regionun inkişafına töhfə verəcəkdir".
R.Quluzadə qeyd edib ki, Azərbaycanda sosial iqtisadi inkişafın əsas prioritetlərindən biri kimi iqtisadiyyatın rəqəmsallaşdırılması üzrə ardıcıl işlər görülür: "Biz Avropa ölkərinin təcrübəsini ölkəmizdə tətbiq etməkdə maraqlıyıq və bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik. Ölkədə innovativ inkişafa dəstək məqsədilə ölkədə cənab Prezidentin imzaladığı sərəncamla Nazirliyin tabeliyində İnnovasoya Agentliyi yaradılıb. Bizim üçün prioritetlərdən biri də ölkədə startup eko-sisteminin inkişaf etdirilməsidir. Bunun üçün davamlı olaraq proqramlar, layihələr həyata keçirilir"
Nazir vurğulayıb ki, hazırda Azərbaycana məxsus təyyarələrin uçuş nöqtələrinin sayının artırılması istiqamətində tədbirlər görülür. O, diqqətə çatdırıb ki, "Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarələr Avropa və Asiya ölkələrinə mütəmadi uçuşlar həyata keçirir.
"Uçuşların sayının artırılması istiqamətində tədbirlər görülür. Bundan əlavə, Azərbaycanda dəmir yolu infrastrukturunun tam yenilənməsi, yeni vaqon və lokomotivlərin alınması üzərində də iş aparılır".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Nazir Ramin-Quluzadə