Həkimlərlə bağlı yeni qanun layihəsi hazırlanıb

Həkimlərlə bağlı yeni qanun layihəsi hazırlanıb
  13 İyun 2019    Oxunub:2028
“Bir neçə gün öncə Bərdədə təcili yardımın işçilərinə zorakılıq olub. Bu, səhiyyə işçilərinə çox mənfi psixoloji təsir bağışlayır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi deputat Rəşad Mahmudov deyib.

Deputat qeyd edib ki, iş başında təcili tibbi yardım işçilərinə edilən zorakılıq polis əməkdaşına, dövlət məmuruna qarşı zorakılıq kimi qiymətləndirilməlidir: “Bu, nəzərə alınmalıdır. Qonşu ölkələrdə təcili tibbi yardım işçiləri ilə bağlı nümunələr var. Bu məsələ qısa zaman ərzində həll edilməlidir, yəni qanunvericiliyə dəyişiklik olunması məqsədəuyğundur”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, həkimlərin və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanıb: “Yaxın günlərdə müzakirəyə çıxarılacaq. Rəşad Mahmudovun dediyi məsələlər həmin layihədə əksini tapacaq”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis   Həkim   Qanun  





Xəbər lenti