Naqif Həmzəyev Cavad xanın kötücəsi ilə görüşüb
Cavad xanın Azərbaycan xalqının igidlik və mərdlik rəmzi olduğunu bildirən millət vəkili Naqif Həmzəyev Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, imperiya ordusunun əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olan qəhrəmanın xatirəsinin əziz tutulduğunu, şəxsiyyətinə və Azərbaycanın tarixindəki roluna layiqli qiymət verildiyini vurğulayıb.
Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Gəncə şəhərində Cavad xanın məqbərəsi ucaldılıb, ən qədim küçə və qəsəbəyə əfsanəvi xalq qəhrəmanının adı verilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə tanınmış ədib, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının ssenarisi əsasında baş rolda Nurəddin Mehdixanlı olmaqla Cavad xan haqqında film ərsəyə gətirilib, Bakıda da bir küçəyə Cavad xanın adı verilib.
Cavad xanın kötücəsi, İsmayıl xan Ziyadxanovun nəvəsi Valid Ziyadlı və Fondun icracı direktoru Nürəddin Babazadə Cavad xan heykəlinnin ucaldılması ilə bağlı görülən işlərdən danışıb, millət vəkili Naqif Həmzəyevə Gəncə şəhərində Cavad xanın heykəlinin ucaldılması təklifi ilə çıxış etdiyi üçün təşəkkür ediblər. Sonda xatirə şəkli çəkdirilib.
Azvision.az
Teqlər: Gəncə