Avtomobil su kanalına düşdü

Avtomobil su kanalına düşdü
  23 Noyabr 2013    Oxunub:1123
AzVision.az xəbər verir ki, Ağdam rayon sakini Çingiz Süleymanovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil idarəetməsini itirərək su kanalına düşüb. Hadisə şahidlərinin bildirdiyinə görə, Bərdə rayonunun Mirzalıbəyli kəndində baş verən hadisədə sürücü Çingiz Süleymanov hadisə yerində keçinib. Avtomobildə olan digər sərnişin Abbas İbrahimov isə ağır yaralanıb. Yaralı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti