Bərdədə avtomobil su arxına aşıb, sürücü xəsarət alıb

Bərdədə avtomobil su arxına aşıb, sürücü xəsarət alıb
  23 Noyabr 2013    Oxunub:1203
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində vətəndaşa məxsus "VAZ" markal minik avtomobili idarəetməni itirərək yolun kənarında su arxına aşması nəticəsində yol qəzası baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə minik avtomobilində sıxılmış vəziyyətdə qalmış avtomobilin sürücüsü yanğınsöndürənlər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti