Yük maşını piyadanı vurdu

Yük maşını piyadanı vurdu
  22 Noyabr 2013    Oxunub:1434
Gəncədə yük maşını yolu keçmək istəyən piyadanı vurub.
Gəncədə yük maşını yolu keçmək istəyən piyadanı vurub.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Gəncənin Nizami küçəsində, 348-ci evin qarşısında baş verib.

Gəncə sakini 29 yaşlı Mehman Haqverdiyev idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə evinin önündən yolu keçmək istəyən qadını vurub.

Hadisə nəticəsində piyada 42 yaşlı Gülnarə Qurbanova aldığı bədən xəsarətlərindən yerindəcə keçinib. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil yüksək sürətlə hərəkətdə olub və üzü Bakı istiqamətinə gedib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Teqlər:  





Xəbər lenti