Tayson Holifildin qulağın qaytardı – FOTO, VİDEO

Tayson Holifildin qulağın qaytardı – FOTO, VİDEO
  22 Noyabr 2013    Oxunub:5382
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Əfsanəvi boksçu Mayk Taysonun 1997-ci ildə rinqdə rəqibinin qulağını qopartması bütün dünyada hadisə olmuşdu. Tayson 16 il sonra qopardığı qulağı sahibinə qaytarıb.

Qulağını qopardığı rəqibi Evander Hoyfild ilə bir reklam filmində bir araya gələn Tayson qapısını döydüyü rəqibinə bir hədiyyə qutusu uzadaraq içindəki qulağı rəqibinə qaytararkən görülür.

Reklamda Tayson Hoyfildə: "Qulağını geri ala bilərsən, onu xarab olmamamsı üçün bu qədər il "Formaldehit" içində saxladım"- deyib.

Qeyd edək ki, Tayson 6 ay əvvəl keçmiş rəqibiylə verlişlərin birində barışmış və onu çox sevdiyini ifadə etmişdi.

Onu da bildirək ki, Tysonun 16 il əvvəlki hadisədən sonra boks rinqinə çıxması müddətə qadağan edilmişdi.

Elə bu dəqiqələrdə isə Evander Hoyfild öz `tvitter` səhifəsində axırıncı şəkli qoyaraq (bax fotolar) Mayk Taysona `Siz əminsinizmi bu qulaq Formaldehitdə saxlanıb? rəngi solub, forması dəyişib özdə ticari sandıqçada saxlanılıb` deyə keçmiş rəqibi ilə zarafat edir.

Qalereya




Teqlər:  





Xəbər lenti