Bu gün hava mülayim keçəcək

Bu gün hava mülayim keçəcək
  18 Noyabr 2013    Oxunub:1175
Azərbaycanda mülayim hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarda noyabrın 18-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti