Ağstafada meşə sahələri genişləndirilir

Ağstafada meşə sahələri genişləndirilir
  18 Noyabr 2013    Oxunub:1255
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Ağstafa rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin kollektivi cari ildə 100 kiloqramdan çox toxum tədarük edərək 0,6 hektar sahədə yeni tinglik salıblar.

Müəssisədən bildiriblər ki, meşəçilər cari ildə 50 hektar sahədə yeni meşə salmağı planlaşdırıb. Yaz fəslində 20 hektar sahədə meşə salınıb. Payızda əkiləcək 30 hektar meşə ağacları üçün sahə hazırlanmış və əkinə başlanılıb.

Yeni salınan meşədə akasiya, göyrüş, qovaq, iydə və digər ağac növləri üstünlük təşkil edib.


Teqlər:





Xəbər lenti