Qubada 66 yaşlı piyadanı maşın vurdu

Qubada 66 yaşlı piyadanı maşın vurdu
  18 Noyabr 2013    Oxunub:1695
Bu gün axşam saatlarında Qubada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, 1947-ci il təvəllüdlü Quba şəhər sakini Nizamova Solmaz Həbibulla qızı “Vaz 2107” markalı maşın tərəfində vurulub. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti