Gəncədə zəncirvari qəza

Gəncədə zəncirvari qəza
  17 Noyabr 2013    Oxunub:11112
Gəncədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Gəncə şəhərində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini 33 yaşlı Vidadi İsayevin idarə etdiyiVAZ 2107 markalı avtomobillə şəhər sakini Anar Paşayevin idarə etdiyi Vaz 2106 markalı minik maşını toqquşub.

Zərbənin gücündən VAZ 2106 markalı avtomobil yolun kənarında dayan "Dayvo" markalı avtomobilədəyib. Nəticədə hər 3 avtomobil yararsız hala düşüb. Qəza zamanı VAZ2106 sürücüsü Anar Paşayev müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə gələnGəncə şəhər təcili tibbi yardım birqadası yaralıya yardım göstərib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

İlkin ehtimallara görə qəzaya yüksək sürət səbəb olub.


Teqlər:





Xəbər lenti