Sabah mülayim hava olacaq

Sabah mülayim hava olacaq
  17 Noyabr 2013    Oxunub:1452
Həftənin ilk iş günü Azərbaycanda hava mülayim keçəcək.
AzVision.az xəbər verir ki,Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb
küləyi ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarda noyabrın 18-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.


Teqlər:  





Xəbər lenti