Qaxda ağır qəza, 1 ölü, 3 yaralı

Qaxda ağır qəza, 1 ölü, 3 yaralı
  17 Noyabr 2013    Oxunub:1541
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Qaxda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması 1 nəfərin ölümünə,3 nəfərin isə xəsarət almasına səbəb olub.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 86-cı kilometrliyində, Qaxın Cəlayer kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki istiqamətində hərəkət edən 49 yaşlı Qax rayon sakini Arif Məmmədovun idarə etdiyi "Vaz-21099" markalı avtomobil əks istiqamətində hərəkət edən Zaqatala rayonunda yaşayan, 35 yaşlı Hüseyn Məmmədlinin idarə etdiyi "Wolsvagen" markalı avtomobillə toqquşub. Daha sonra Wolsvagen yolun kənarındakı qoz ağacına çırpılıb, 21099 isə yolun qarşı tərəfinə aşıb.

Qəza nəticəsində Wolsvagenin sürücüsü Hüseyn Məmmədlinin həyat yoldaşı 24 yaşlı Pərvanə Məmmədova aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib. Hüseyn Məmmədli və onun oğlu 3 yaşlı Aydın Məmmədli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

"Vaz-21099"-un sürücüsü Arif Məmmədova isə ambulator yardım göstərilib. Qeyd edək ki, "Wolsvagen"-in sürücüsü Hüseyn Məmmədli Zaqatala RPŞ-nin əməkdaşıdır.
Faktla bağlı BDYP-nin istintaq və təhqiqat şöbəsində araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti