Yanacaq doldurma məntəqəsində partlayış

Yanacaq doldurma məntəqəsində partlayış
  17 Noyabr 2013    Oxunub:1521
Bərdədə yanacaq doldurma məntəqəsində partlayış baş verib, bir nəfər xəsarət alıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 5000 kvadrat metr olan "Mürvət" yanacaq doldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində yanacaq doldurma məntəqəsinin ərazisində yerləşən həcmi 8 ton olan 1 ədəd boş yanacaq çəni və 1 ədəd həcmi 25 ton (Aİ-92 benzin) olan yeraltı çənlər alışıb.

Partlayış zamanı 1 nəfər yanacaq doldurma məntəqəsinin işçisi müxtəlif yanıq xəsarətləri ilə yanğın bölmələri çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Mərkəzi rayon xəstəxanasına aparılıb.

Ərazidə olan 2 ədəd yeraltı və 1 ədəd yerüstü çənlər yanğından mühafizə olunub. Yanğın saat 03:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Teqlər:





Xəbər lenti