Şamaxıda bankomatdan külli-miqdarda pul oğurlanıb

Şamaxıda bankomatdan külli-miqdarda pul oğurlanıb
  16 Noyabr 2013    Oxunub:1948
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Şamaxıda bankomatdan külli-miqdarda pul oğurlanıb.

Hadisə rayonun Göylər kəndində baş verib. Kəndin mərkəzində olan mağazanın içərisində yerləşdirilmiş 80 min manat dəyəri olan bankomat oğrular tərəfindən yarasız hala salınıb və içərisindəki pul vəsaiti mənimsənilib.

Oğurluq çox peşəkarlıqla həyata keçirilib. Cinayətkarlar əvvəlcə dəmir pəncərəni kəsici və deşici alətlərlə qiraraq içəri daxil olublar. Bundan sonra pul seyfini özləri ilə gətirdikləri qaynaqla əridiblər. Pulu götürdükdən sonra isə mağazanı yandirib, izləri itirmək məqsədi ilə özləri ilə gətirdikləri qaz ballonlarını yanılı vəziyyətə qoyub hadisə yerini tərk ediblər.
Oğrular mağazada olan təhlükəsizlik kameralarını da yarasız hala salıblar.

Oğurluğun kim tərəfindən törədildiyi və bankomatdan nə qədər pulun aparılması hələlik bəlli deyil. Oğurlanan pullardan başqa, cinayətkarlar mağazaya 5000 manat dəyərində maddi ziyan vurub.


Teqlər:





Xəbər lenti