13 nəfər həbs edilib

13 nəfər həbs edilib
  16 Noyabr 2013    Oxunub:1301
Bir gündə 53 cinayət, 6 yol-nəqliyyat hadisəsi, 5 ölü, 4 yaralı, 21 dustaq.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib

Noyabrın 15-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 53 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 6 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 21 nəfər tutulub.


Teqlər:





Xəbər lenti