Kanala düşən sürücünü axtararkən başqa bir cəsəd tapıldı

Kanala düşən sürücünü axtararkən başqa bir cəsəd tapıldı
  16 Noyabr 2013    Oxunub:1161
FHN xilasediciləri kanala düşmüş sürücünü axtararkən başqa bir cəsəd çıxarıblar.
Daha öncə xəbər verdiyimiz kimi Xaçmaz rayonu ərazisində avtomobil kanala düşüb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1971-ci il təvəllüdlü Abazərov Əhməd Qadir oğluna məxsus "QAZ-24" markalı minik avtomobili Xan arxı kanalının Xaçmaz rayon, Ağaşirinoba kəndi ərazisindən keçən hissəsinə düşmüş və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri sürücünün axtarışları üçün hadisə yerinə cəlb edilib.

Ə.Abazərovun axtarışları zamanı bir cəsəd aşkar edilib və onun 1969-cu il təvəllüdlü İbrahimov Zaur Asəf oğlu olduğu müəyyənləşdirilib.

Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

FHN xilasediciləri tərəfindən axtarışları aparılan Ə.Abazərovun cəsədi batdığı yerdən 17 km məsafədə tapılaraq çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti