Sabirabadın daha bir kəndinə qaz verildi

  16 Noyabr 2013    Oxunub : 514
Sabirabadın daha bir kəndinə qaz verildi
Sabirabadın daha bir kəndi qazlaşdırılıb.
Sabirabad rayonunun Surra kəndinə təbii qaz verilib.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, noyabrın 16-da Sabirabad rayonunun Surra kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Bildirilib ki, 270 abonenti olan Surra kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 54163 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 270 ədəd sayğac quraşdırılıb.

Teqlər: