YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib
BMT Baş Assambleyasının 1996-cı il qərarına əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirmək tövsiyə olunub. Tolerantlıq Azərbaycanda çox qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Hazırda Azərbaycan digər ölkələrə nümunə olacaq tolerantlıq məkanıdır. Müxtəlif dini tədris müəssisələrinin fəaliyyəti dünyəvi dövlət olan Azərbaycanda tolerantlıq mühitinin, dinlərarası dialoqun genişlənməsinə əyani sübutdur. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasətidir.