İraqda Aşura faciəsi - 41 ölü

İraqda Aşura faciəsi - 41 ölü
  15 Noyabr 2013    Oxunub:1208
İraqın müxtəlif şəhərlərində şiələrə qarşı bombalı hücumlarda 41 nəfər həlak olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən böyük partlayış ölkənin mərkəzində yerləşən Diyala şəhərində qeydə alınıb. Belə ki, hadisə nəticəsində 32 nəfər həlak olub, 75 nəfər isə yaralanıb.

Paytaxt Bağdadın cənubundakı qəsəbələrdən birində eyni zamanda baş verən 3 partlayış isə 9 nəfərin ölümünə, 28 nəfərin isə yaralanmağına səbəb olub.

Kərkükdəki hücumlarda isə 5 nəfər yaralanıb.

İraq təhlükəsizlik qüvvələri Məhərrəmlik ayı ilə əlaqdar olaraq şiələrin hədəfdə olduğunu deyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti