Daha çox nəyə pul xərcləyirik – STATİSTİKA

Daha çox nəyə pul  xərcləyirik – STATİSTİKA
  15 Noyabr 2013    Oxunub:1338
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 3130,1 manat və ya orta hesabla ayda 313,0 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 29,1 milyard manatlıq gəlirin 68,0 faizi son istehlak xərclərinə, 9,0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 21,3 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 26,5 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,6 faiz çox vəsait qalıb



Teqlər:





Xəbər lenti