Oğul atasını kor qoydu
Məlumata görə, Hüseynovlar ailəsi hadisə ilə bağlı şikayətçi olmadığından faktı polislərdən gizlətməyə çalışıblar. Bundan xəbər tutan Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gəliblər. Ailə üzvləri yaşlı kişinin ehtiyatsızlıq səbəbindən özü-özünə xəsarət yetirdiyi bildirsələr də, polisləri buna inandırmaq mümkün olmayıb.
Zərərçəkən İmran Hüseynov isə xəstəxanının reanimasiya şöbəsində olduğundan polislər hələ ki, onun ifadəsini ala bilməyiblər.
Faktla bağlı Nəsimi rayon polis idarəsində başlanan araşdırmalar davam etdirilir. Araşdırmalardan sonra isə atasının gözlərinə əl uzatdığı iddia edilən İlqar Hüseynovun etdiyi əmələ hüquqi qiymət veriləcək.
Nəsimi rayon polis idarəsindən verilən məlumata görə isə, hadisəni törətməkdə şübhəli bilinən İlqar Hüseynov narkotik maddələr aludəçisidir və onun atası ilə məhz bu səbəbdən mübahisə etdiyi ehtimal olunur.
Teqlər: