Ermənistan 5 rayonu qaytarmağa razıdı

Ermənistan 5 rayonu qaytarmağa razıdı
  12 Noyabr 2013    Oxunub:1087
Türkiyənin “Todays Zaman” qəzetinin yazdığı məlumata görə, rəsmi Ankara Ermənistan -Azərbaycan münaqişəsinə yardım göstərməsi üçün İsveçrəyə müraciət edib.

Məqəsəd həm də Ermənistan- Türkiyə münasibətlərinin normallaşdırılmasıdır. Xəbərə görə, oktyabr ayının ortalarında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçrə rəsmilərinə bildirib ki, Türkiyə Ermənistanla müansibətləri normallaşdırmağa hazırdı. Bunun üçün Ermənistan əvvəlcə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

Qəzetin məlumatına görə İsveçrə rəsmiləri Əhməd Davudoğlunun təklifinə müsbət cavab veriblər. Türkiyə XİN- dəki mənbələrin qəzetə verdiyi informasiyya görə, Ankara çalışır ki, 2015- ci ilə yəni ,” Erməni soyqrımı” nın 100 illiyinə qədər Ermənistanla problemlərini həll etsin. Xarici işlər naziri bildirib ki, əgər Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarsa, Ankara da sərhədlərin açılması ilə bağlı 2009- cu il Surix protokollarını həyata keçirməyə hazırdır.

Xatırladaq ki, həmin protokollar hələ də ratifikasiya olunmayıb.
Qəzetin yazdığına görə, Ermənistan tərəfi bəyan edib ki, 5 rayonu işğaladan azad etməyə razıdır.

AzVision.az



Teqlər:  





Xəbər lenti