Daha bir həmyerlimiz Moskvada qətlə yetirilib

Daha bir həmyerlimiz Moskvada qətlə yetirilib
  12 Noyabr 2013    Oxunub:1064
Həmyerlimizin cəsədi Noyabrın 12-də Moskvanın qərbində aşkarlanıb.
Rusiya Federasiyasının paytaxtı Moskvanın hüquq mühafizə orqanlarından verilən məlumata əsasən, qətlə yetirilmiş həmyerlimizin cəsədi Noyabrın 12-də Moskvanın qərbində aşkarlanıb.

“Dünən saat 00-42 radələrində hüquq mühafizə orqanlarına Bryanskaya küç., ev 3 ünvanında qətl hadisəsinin törədildiyi barədə məlumat daxil olub. Hadisə yerinə gəlmiş hüquq mühafizə orqanları əməkdaşları çoxsaylı bədən xəsarətləri almış kişi cəsədi aşkar ediblər. Müəyyən olunub ki, qətlə yetirilən 1971-ci il təvəllüdlü milliyətcə azərbaycanlıdır”.

Hazırda faktla bağlı cinayət işi qaldırılıb. Cəsədin aşkarlanması barədə məlumatı artıq Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva baş idarəsi tərəfindən təsdiqlənib.

AzVision.az


Teqlər:  





Xəbər lenti