Rusiya səfirliyinə hücum - FOTOLAR, VİDEO

Rusiya səfirliyinə hücum - FOTOLAR, VİDEO
  12 Noyabr 2013    Oxunub:1219
Varşavada Rusiya səfirliyinə hücum olub. Şəhərdə kütləvi qarşıdurma yaşanır.
Polşa millətçiləri Rusiya Federasiyasının Varşavadakı səfirliyinə hücum ediblər. Hər il millətçilər tərəfindən keçirilin ənənəvi "Müstəqillik marşı"nın iştirakçıları səfirliyin ərazisinə Molotov kokteylləri, və digər partlayıcılar atıblar.

Bəzi aksiya iştirakçıları səfirliyin hasarını aşaraq içəri daxil olmağa cəhd ediblər. Səfirliyin yanında gözətçi köşkü və avtomobil yandırılıb.

Polis marşın iştirakçılarına qarşı su şırnağı, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. İnsident nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar arasında polislər də var.

Aksiyada ümumilikdə bir neçə min nəfərin iştirak etdiyi bildirilir. Hazırda şəhərdə vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, baş verənlərlə əlaqədar Polşanın Rusiyadakı səfiri V. Zayonçkovskiy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Səbinə Həsənova
AzVision.az


Qalereya




Teqlər:  





Xəbər lenti