İranla İngiltərə diplomatik münasibətləri bərpa etdi
![İranla İngiltərə diplomatik münasibətləri bərpa etdi İranla İngiltərə diplomatik münasibətləri bərpa etdi](https://azvision.az/photos/Glavy-MID-Irana-i-Velikobritanii-vstretyatsya-v-kontse-sentyabrya-Иран и Англия1.jpg)
Bu, 2011-ci ildə Tehranda Britaniya səfirliyinə edilən hücumdan sonra qapadılan diplomatik münasibətlərin bərpası deməkdir. Rəsmi London o vaxt hesab etmişdi ki, Tehran səfirliyə hücumun qarşısını bilə-bilə almayıb, hətta insidentə lap yuxarı dairələrdən stimul verilib. Həmin insidentdən dərhal sonra ingilis diplomatları ölkəni tərk etmiş, onların Londondakı həmkarları isə “persona non-qrata” elan edilmişdi.
Münasibətlərin istiləşməsi Həsən Ruhaninin prezident seçilməsindən sonra başlayıb.