Türkiyədə tələbə avtobusu aşdı: 1 ölü, 16 yaralı

Türkiyədə tələbə avtobusu aşdı: 1 ölü, 16 yaralı
  11 Noyabr 2013    Oxunub:1084
Türkiyənin Manisa şəhərində universitet tələbələrini daşıyan avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Cəlal Bayar Universitetinin tələbələrini daşıyan mikroavtobus Manisa-Menemen yolunun 14-cü km-də yoldan çıxaraq aşıb. Qəza nəticəsində tələbələrdən biri hadisə yerindəcə dünyasını dəyişib. 1-i ağır olmaqla 16 tələbə isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.


Teqlər:  





Xəbər lenti