Dəniz quldurları İran donanmasına hücum etdi

Dəniz quldurları İran donanmasına hücum etdi
  11 Noyabr 2013    Oxunub:1345
Ədən körfəzində İrana məxsus yük gəmilərinə dəniz quldurları tərəfindən hücum olub.
AzVision.az Fars News Agency-yə istinadən xəbər verir ki, bölgədə növbə çəkən İran hərbi gəmiləri piratların sürətli katerlərlə bir neft tankerinə və quru yük gəmisinə hücum ediblər. Lakin İran hərbi gəmilərinin cavab tədbirləri nəticəsində piratlar qaçıblar.

İran Hərbi Dəniz Qüvvələrinin əməliyyatlar üzrə komandanı, admiral Siyavaş Jarreh bildirib ki, ilk hücum noyabrın 9-da Qırmızı dənizdə İrana məxsus “Tur-2” neft tankerinə edilib. Piratlar 12 sürətli katerlə tankerə hücum ediblər, lakin İranın bölgədəki hərbi gəmilərinin vaxtında köməyə yetişməsi nəticəsində qaçıblar.

Bu gün isə İranın quru yük gəmisi piratların hədəfi olub. İran donanmasının gəmiləri dəniz quldurları ilə atışmaya girərək hücumu dəf edib.

Admiral bildirib ki, İran gəmiləri piratlara əvvəlcə xəbərdarlıq atəşi açmağa üstünlük verir: “Çünki biz onların itki verməsində maraqlı deyilik. Lakin quldurlar geri çəkilməsə, biz qətiyyətli addımlar atmağa hazırıq”.


Teqlər:





Xəbər lenti