Putin rus polisinə səsləndi

Putin rus polisinə səsləndi
  11 Noyabr 2013    Oxunub:1027
Rusiya prezidenti təhlükəsizlik qüvvələrinin Şimali Qafqazdakı situasiyanı nəzarətdə saxlamağından danışdı.
Rusiya prezidenti Vladimir Putin Şimali Qafqazdakı vəziyyət barədə danışıb. AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, Vladimir Putin daxili işlər orqanlarının əməkdaşlarının peşə bayramını təbrik edən zaman Şimali Qafqazdakı stuasiyanın nəzarət altında saxlanılmasının vacibliyini vurğulayıb.

Rusiya prezidenti qeyd edib ki, ölkədə məhkəmə və hüquq-mühafizə orqanlarında qanun-qayda yaratmaq üçün bir çox islahatlar aparılıb:

"Amma postda çalışanlar qanunları pozmaq statusuna malik deyillər. Heç kəs qanundan yuxarıda olmamalıdır. Vəzifə səlahiyyətlərini icra edən zaman qanunla hərəkət edilməlidir, kimliyindən asılı olmayaraq, şəxsin şərəf və ləyaqəti alçadılmamalıdır. Bu dəyərlər Rusiya konstitusiyasıda təsbit edilib. İnanıram ki, polis əməkdaşları fəaliyyət sahəsində vicdanlı olacağına inanıram".

Daha sonra Putin DİN-in öz fəaliyyət sahəsində lazımı işləri görüb, vətəndaşları narahat edən özbaşnalıqlara və qanunsuz hallarını qarşısını almalı olduğunu deyib.


Teqlər:





Xəbər lenti