Hyustondakı atışmada zərər çəkənlərin sayı artır

Hyustondakı atışmada zərər çəkənlərin sayı artır
  10 Noyabr 2013    Oxunub:1197
Bu gün ABŞ-da baş vermiş silahlı insidentdə yaralananların sayı 22-ə çatıb.
ABŞ-da, Hyustonda baş vermiş atışmada ölən və yaralananların sayı artıb. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Hyustonda evlərin birində baş verən atışmada 2 nəfər ölüb, təxminən 22 nəfər də yaralanıb.

Polis işçisi, şerif Xarrisin sözlərinə görə, atışma gecə saatlarında baş verib. Hadisənin baş verdiyi evdə şənlik keçirilirmiş. Evdə 100-ə yaxın insannın olduğu deyilir.



Xəsarət alanların çoxu atışma səsini eşidib küçəyə çıxmaq istəyən zaman əzilən şəxslərdir. Hadisə ilə əlaqədar polis iki nəfəri axtarır. Bundan əvvəlki məlumatda isə haisə nəticəsində 16 nəfərin yaralandığı və xəstəxanaya çatdırıldığı bildirilirdi.


Teqlər:





Xəbər lenti