Ötən il 12 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib

Ötən il 12 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
  07 Yanvar 2019    Oxunub:1305
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 12 minədək əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin olunub.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, 9094 nəfərinə stasionar, qalanlarına isə ambulator xidmətlər göstərilib. Onların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları tətbiq edilərək kompleks bərpa-müalicə işləri aparılıb.

Ötən il 9284 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq isə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin ediliblər. Onlara əlil arabaları, eşitmə aparatları və protez-ortopedik məmulatlardan ibarət olmaqla ümumilikdə 35351 reabilitasiya vasitəsi verilib.

Mərkəz tərəfindən 597 nəfərə protezlə hərəkət edilmənin öyrədilməsi, anadangəlmə bəzi qüsur və deformasiyaların, serebral iflicin fəsadlarının azaldılması və s. məqsədilə stasionar şəraitdə reabilitasiya xidmətləri də göstərilib.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti