Qarabağ icmasının rəhbəri səfirlə görüşüb

Qarabağ icmasının rəhbəri səfirlə görüşüb
  07 Yanvar 2019    Oxunub:1835
Bugün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Turkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral ilə görüş keçirib.
Azvision.az xəbər verir ki, görüş zamanı əməkdaşlıq əlaqələri müzakirə mövzusu olub. Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzləşdiyi problemlər haqqında Türkiyəli səfirə ətraflı məlumat verib.

Görüşdə icmanın gələcək fəaliyyəti və keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

T.Gəncəliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu prinsipial mövqe və göstərdiyi dəstəyə görə səfir Özoralın qismində Türkiyə Respublikasına dərin təşəkkürünü bildirib.

Azvision.az


Teqlər: Səfir   Görüş  





Xəbər lenti