Deputatdan Mikayıl Cabbarova pul tələbi

Deputatdan Mikayıl Cabbarova pul tələbi
  07 Noyabr 2013    Oxunub:1991
“Əgər uşaqlarımız üçün pul tapa bilmiriksə, o zaman bu iqtisadi inkişaf kimə lazımdır?”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Belə bir qanunun qəbul olunması uşaqların sağlamlığının möhkəmlənməsi, təlim-tərbiyəsinin yaxşılaşdırıması üçün çox ciddi bir qanundur. Azərbaycanda çoxuşaqlı ailələr azdır, hər kəsin 2-3 uşağı var. Onların ünsiyyyətə, qrup şəklində istirahətə göndərilməsinə ehtiyac var. Sosial dövlət qurmağın birinci şərti odur ki, dövlət buna diqqət etsin. Lakin, hökümətin müvaqif qurumları buna soyuq münasibət göstərir, biz Sosial Siyasət komitəsi olaraq, hər zaman bu qanunun qəbul edilməsinin tərəfdarı olmuşuq”-deyə, M.Quliyev qeyd edib.

Millət vəkili yeni təhsil nazirinin bu məsələyə diqqət yetirməsini istəyib:

“Bu gün yeni nazir təyin olunub və çox perspektivli adamdır, mən burdan ona çatdırıram ki, uşaqların istirahəti üçün pul tapmalıdır. Dövlət qurumlarının borcudur ki, bunu etsin. Uşaq dövlətin uşağıdır, buna vəsait tapılmalıdır. Vəsait yoxdursa, başqa yerdən tapıb verməliyik. Bu gün ünsiyyətdən qalan uşağ sabah dövlət üçün problem yaradacaq. Əgər biz uşağının istirahəti üçün pul tapıb verə bilmiriksə, bu iqtisadi inkişaf nəyə lazımdır?”.

Musa Quliyev onu da əlavə edib ki, qanunda bunun hansı yaş aralığında olan uşaqlara şamil olunması nəzərdə tutulmalıdır:
“Qarşıdan büdcə müzakirələri gəlir, biz deputatlar olaraq bu məsələni qaldırmalıyıq ki, büdcədən Təhsil Nazirliyinə vəsait ayrılsın. Bütövlükdə bu qanunun qəbul edilməsini müsbət hesab edirəm, düşünürəm ki, bu qanunun qəbul edilməsi lazımdır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti